Enn Dörsi:"Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması regionda stabilliyin bərqərar olmasına yardım edə bilər"
"Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması regionda sülh və stabilliyin bərqərar olmasına yardım edə bilər". Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Dörsi Türkiyə - Ermənistan sərhədlərinin açılması və bu prosesin Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı ABŞ-ın mövqeyini belə şərh edib. Səfir ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın Bakıya səfəri zamanı bu məsələ ilə bağlı ölkəsinin mövqeyini açıqladığını bildirib.
O bildirib ki, Metyu Brayza ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllini çox mühüm saydığını və məsələnin həllini tapması üçün diskussiyaların genişləndirilməsini zəruri hesab etdiyini izah edib.
E.Dörsi həmçinin, prezident Barak Obamanın həmkarı İlham Əliyevə telefon zəngi etdiyini xatırladıb. Onun sözlərinə görə, Barak Obama ilə İlham Əliyev arasında səmimi dialoq olub və Obama öz zəngində Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinin davam etməsi arzusunu ifadə edib, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişləri dəstəkləyib. "Bu, çox əhəmiyyətli faktdır. O prezidentə bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulması regionda münasibətlərin normallaşmasına təsir göstərə bilər".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50