Payız aylarından qapılarını bağlayan ?Yaşıl Teatr? may ayında öz tamaşaçılarını sevindirəcək. Çünki teatr yeni mövsümə hazırlaşır. Amma teatrdan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yeni mövsüm açılışı ilə bağlı proqram hələ dəqiqləşməyib. Mədəniyyət ocağından onu da bildiriblər ki, ?Yaşıl Teatr?a yeni direktor təyin edilib. Xatırladaq ki, yeni direktor Cavadov Seyran ?Yaşıl Teatr?a direktor təyin edilməzdən əvvəl Bakı Şəhər İcra Hakimiyyətində işləyib.