Ali məktəblərdə çalızan alimlər nə qədər əməkhaqqı alırlar?
Hazırda Azərbaycandakı 36 dövlət ali təhsil müəssisəsində 12155 müəllim çalışır. 14 özəl ali məktəbdə isə 1968 pedoqoji işçi var. Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsindən MİA-ya verilən məlumata görə, ölkədə ali məktəblərdə 832 elmlər doktoru, 4248 elmlər namizədi çalışır. Nazirliyin iqtisadiyyat şöbəsindən isə bildirilib ki, hazırda ail təhsil müəssiəssində çalışan professor 520 manat, dosent 435 manat, elmlər doktoru olan kafedra müdiri 690 manat, elmlər doktoru olan dekan 760 manat aylıq əməkhaqqı alır.
Nazirlikdən deyiblər ki, Boloniya Bəyannaməsinin müddəalarına uyğun olaraq, ali təhsil sisteminin yeniləşdirilməsi və təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılması prosesi davam etdirlir. Hələlik 21 ali məktəbdə 30 ixtisas üzrə kredit sistemi tətbiq edilir, 15 ali və 6 orta ixtisas təhsili müəssisəsi akkreditasiyadan keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19