Birləzmiz müxalifətin Apellyasiya Məhkəməsinə zikayəti təmin olunmayıb
[b]?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı? və ?Respublikaçılar? təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasının 18 mart referendumu ilə əlaqədar yekun qərarından Apellyasiya Məhkəməsinə şikayəti təmin olunmayıb.
[/b]
?Respublikaçılar? təşviqat qrupunun nümayəndəsi Gülağa Aslanlının sözlərinə görə, hakim Mehdi Əsədovun sədrlik etdiyi bugünkü məhkəmə prosesində onların iddiası rədd olunub. Müxalifətçilər bu qərardan Ali Məhkəməyə şikayət etməyə hazırlaşırlar: ?Bu instansiyada da şikayətimizə obyektiv baxılmayacağı təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırırıq?.
MSK ötən həftə 18 mart referendumunun nəticələrini təsdiqləyib. Bununla da Azərbaycan Konstitusiyasına dəyişikliklər hüquqi qüvvəyə minib. Müxalifət təşkilatlarının təmsil olunduğu təşviqat qrupları MSK-nın referendumla bağlı qərarını obyektiv saymayaraq onun ləğvini tələb edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51