Harun Yəhya Azərbaycanla Türkiyənin birləzməsini təklif edir
[b]"Azərbaycan və Türkiyə birləşməlidir. Bu, sosial sifarişdir. Türk-islam birliyinin gələcəyi iki qardaş xalqın ortaya qoyacağı siyasi iradədən asılıdır". [/b]
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Türkiyənin tanınmış fikir adamlarından olan Harun Yəhya deyib. H.Yəhya bildirib ki, Osmanlı imperiyasının dövlət quruluşu birlik modeli kimi götürülə bilər: "Bu birlik içində hər iki respublika özünün unitar dövlət quruluşunu qoruyacaq. Dərhal sərhəddəki gömrük keçid məntəqələri ləğv olunmalı, insanların sərbəst inkişafına mane olan bütün problemlər aradan qaldırılmalıdır. Ölkələrimiz arasında mənəvi-siyasi bağların güclənməsi üçün bu çox vacibdir".
H.Yəhyanın sözlərinə görə, türk-islam birliyinin yaranması bu coğrafiyada mövcud olan problemlərin həllini sürətləndirəcək: "Avropa Birliyində dili, dini, mədəniyyəti, adət-ənənəsi bir-birindən fərqli olan xeyli millət yaşayır. Amma biz eyni dinin, eyni mənəvi dəyərlərin daşıyıcılarıyıq. Türk-islam birliyi dünyada barışın, sevginin, təhlükəsizliyin qarantı olacaq".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50