Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ?Azərmarka? şirkəti dövriyyə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) cari ilin mart ayında İran paytaxtı Tehranda keçirilmiş 10-cu sammitinə həsr olunan marka buraxıb. Nazirliyin mətbuat xidmətindən MİA-ya bildirilib ki, 50 min tirajla buraxılmış markanın nominal dəyəri 1 manatdır. Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistandır.