?Kocaelispor? əvvəlcə Rəzad Sadıqovu almaqda tərəddüd edirdi?
?Rəşad Sadıqovun ?Kocaelispor?dakı çıxışını yaxından izləyirəm. Sadıqov Türkiyə superliqasında həqiqətən də çox gözəl təsir bağışlayır?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri ?Bakı?nın koordinatoru Akif Özakyol deyib. Özakyol bildirib ki, əvvəlcə ?Kocaelispor? Sadıqovu transfer etməkdə tərəddüd edirmiş: ?Amma Rəşadın ?Kocaelispor?a keçidi heç də asanlıqla alınmadı. Çünki izmitlilər onu əvvəlcə tranfer etməkdə tərəddüd edirdilər. Qorxurdular ki, birdən Rəşad Superliqada oynaya bilməz. Bu barədə mənim də ?Kocaelispor? rəhbərliyi ilə söhbətim olmuşdu. Mən onlara bildirdim ki, Sadıqov həqiqətən də yüksəksəviyyəli oyunçudur. İndi ?Kocaelispor? rəhbərliyi həmin vaxt doğru seçim etdiklərinə görə çox sevinirlər?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11