??Kocaelispor? son oyunlarda xoş təsir bağışlayır. Komanda Superliqada yerini qorumaq üçün böyük əzmlə mübarizə aparır?. Supersport.Az-ın məlumatına görə, Türkiyənin TRT kanalında şərhçilik edən ?Qalatasaray?ın və Türkiyə milli komandasının keçmiş üzvü Hakan Şükür belə deyib. Karyerasını başa vurmuş tanınmış hücumçu ?Kocaelispor?da oynayan həmvətənimiz, milli komandamızın kapitanı Rəşad Sadıqov haqda da fikirlərini açıqlayıb: ?Kocaeslipor?un heyətində Taner Gülərlə yanaşı, komandanın müdafiəçisi Rəşad Sadıqovun da gözəl oyununu xüsusi qeyd etmək istərdim. Azəri futbolçu çox güclü arxa xətt oyunçusudur. Təsadüfi deyil ki, o, qısa zaman kəsiyində komandasının aparıcı üzvlərindən birinə çevrilib. ?Fənərbağça?ya qarşı keçirilən matçda xüsusilə xoş təsir bağışladı?.