Azərbaycana idxal olunan ərzaq buğdası və una ƏDV-nin tətbiqi bərpa olunur
Bu gündən etibarən Azərbaycana idxal olunan ərzaq buğdası və una əlavə dəyər vergisinin (ƏDV) tətbiqi bərpa edilir. Qeyd edək ik, Azərbaycana idxal olunan ərzaq buğdası və unun ƏDV-dən azad edilməsi ilə bağlı
Nazirlər Kabinetinin 2008-ci ilin aprelin 1-dən qüvvəyə minən qərarının müddəti bu gün başa çatıb.
Statistik məlumatlara görə, ötən il Azərbaycanda 904,7 min hektar sahədən ilkin çəkidə rekord səviyyədə - 2 498,3 min ton taxıl (qarğıdalı daxil olmaqla) məhsulu toplanılıb. Hektarın orta məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə yüksəlib. 2008-ci ildə istehsal olunmuş taxılın 67,1%-ni və ya 1 677,5 min tonunu buğda təşkil edib. Ümumiyyətlə, 2008-ci ildə dənli və dənli paxlalıların əkin sahəsinin 2007-ci ilə nisbətən 22,3% və ya 165,2 min hektar artması ümumi istehsala müsbət təsir edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19