indoneziyada 6,1 bal zəlzələ baz verib
İndoneziyada zəlzələ baş verib. Rixterşkalası üzrə 6,1 bal gücündə olan yeraltı təkanlar Benqkula vilayətində qeydə alınıb. Zəlzələnin episentri Bintuxan şəhərindən 227 km cənub-qərbdə, okeanın 30 km dərinliyində olub. Hələlik sunami təhlükəsi, dağıntı və təlafat barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, 2009-cu ilin 3-7 yanvar tarixləri arasında İndoneziyanın Qərbi Papua vilayətində gücü 7,5 bala kimi olan silsilə zəlzələlər baş verirdi. Fevralın 11-də isə belə yeraltı təkanlardan biri Sulavesi adası yaxınlığında qeydə alınıb. 2004-cü ildə Sumatra rayonunda baş vermiş güclü zəlzələdən sonra əmələ gəlmiş sunami nəticəsində 168 min insan tələf olmuşdu.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50