Aralıq dənizində 300-dən çox adamın oldugu iki qayıq batıb
[b]Həlak olanlar Afrikadan Avropaya getmək istəyən qeyri-qanuni miqrantlardır
[/b]Afrikadan İtaliyaya istiqamət götürmüş, içində 250 qanunsuz miqrant olan qayıq Liviya sahilləri yaxınlığında batıb. Hadisə nəticəsində təxminən 200 nəfər itkin düşüb. Yerli sahil mühafizə xidməti yalnız 20 nəfəri xilas edə bilib. Ən azı 21 nəfər isə həlak olub.
Bundan başqa, 350 adamın olduğu daha bir qayığın Liviya sahilləri yaxınlığında qəzaya uğraması barədə xəbər yayılıb. Qəza zamanı kiminsə sağ qalması barədə məlumat yoxdur. Bildirilir ki, hər iki qayıq Liviyadan qanunsuz yolla İtaliyaya miqrant aparırmış.
Qeyd edək ki, hər il Afrikadan on minlərlə insan dəniz yolu ilə qanunsuz olaraq İtaliya vasitəsi ilə Avropaya miqrasiya etməyə çalışır. Dənizdə baş verən qəzalar isə minlərlə afrikalı miqrantın həyatına son qoyur
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50