[b] Mərhum dramaturqun ev-muzeyində bu mövzuda tədbir keçiriləcək[/b] Sabah 31 mart - Azərbaycanlıların soyqırım günündə görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının ev-muzeyində ?C.Cabbarlı yaradıcılığında soyqırım mövzusu? adlı tədbir keçiriləcək. Ev-muzeyindən verilən məlumata görə, mərasimdə Azər Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının müəllim və şagirdləri çıxış edəcək, soyqırıma aid şeirlər söylənəcək. Filologiya elmləri namizədi, alim Asif Rüstəmli və C.Cabbarlının ev-muzeyinin direktoru Gülarə Cabbarlı məruzələrlə çıxış edəcəklər. Tədbirdə rejissor Ələkbər Muradovun C.Cabbarlı haqqında çəkdiyi sənədli filmin nümayişi də nəzərdə tutulub.