Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şou TV-dəki verilişdə jurnalistlərə müsahibəsində bildirmişdir ki, ABŞ Prezidenti Barak Obamanın aprelin 6-7-də Ankaraya səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması, sözdə ?erməni soyqırımı? və Rusiya-Gürcüstan münasibətlərini müzakirə edəcəkdir. Rəcəb Tayyib Ərdoğan əlavə etmişdir ki, Türkiyənin Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlığının möhkəmləndirilməsi bölgədə sülhün və sabitliyini bərqərar olması baxımından olduqca əhəmiyyətlidir. Bu arada, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Fil Qordonun Konqresdə təqdimat zamanı çıxışında 1915-ci il hadisələrini ?soyqrım? adlandırmaqdan çəkindiyi bildirilir. Fil Qordon da Senatdakı çıxışında Türkiyə ilə münasibətlərin ABŞ üçün mühüm olduğunu vurğulamışdır.