Milli Məclisin deputatları Fəttah Heydərov, Rövşən Rzayev, Əhməd Vəliyev, Nizami İsgəndərov, Çingiz Əsədullayev, Fuad Muradov və Fazil Mustafayev Almaniya-Cənubi Qafqaz Dostluq Qrupu sədrinin dəvəti ilə martın 23-də Almaniyanın Potsdam şəhərinə səfər ediblər. Martın 28-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Berlin də olacaqlar. Deputatlarımız Bundestaqda, Almaniya Parlament Cəmiyyətində, Sənaye və Ticarət Palatası Birliyində, ölkəmizin Almaniyadakı səfirliyində, bir sıra fondlarda, tədqiqat institutlarında görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafı istiqamətində fikir mübadiləsi aparacaqlar. Milli Məclisin deputatları Berlində yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə də görüşəcək, ?Bakı-Berlin? qalereyasında olacaqlar.