Berti Foqts: ?ilqar Qurbanov Türkiyədə ulduz ola bilər, amma burda heç kimdir?
?MƏN AZƏRBAYCANDA İŞLƏDİYİM MÜDDƏTDƏ ?BOLUSPOR?UN HÜCUMÇUSU BİR DAHA MİLLİ KOMANDAYA ÇAĞIRILMAYACAQ?
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyənin ?Boluspor? klubunun hücumçusu İlqar Qurbanov haqda sərt ittihamlar səsləndirib. Qol.Az-ın məlumatına görə, bu gün milli komandamızın məşqindən əvvəl jurnalistlərlə söhbətində B.Foqts bir neçə gün əvvəl millinin təlim-məşq toplanışına çağırılan İlqar Qurbanovun özünü qeyri-peşəkar apardığını vurğulayıb: ?Biz oyunları təhlil edərkən o yatır. Min metri beş dəqiqəyə ancaq qaça bilir. Bu da olduqca çox pis göstəricidir. Çünki bu gün futbolçular 90 dəqiqə ərzində 12-14 kilometr qaçırlar. Mənim 63 yaşım var, bir kilometri ondan daha çox qaçıram. Mən Azərbaycan milli komandasında baş məşqçi işlədiyim müddətdə İlqar bir daha milli komandaya çağırılmayacaq. O Türkiyədə ulduz ola bilər, amma burda heç kimdir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11