Layihənin siyahıya qaytarılmasına Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumətləri nail olub ?Nabucco? qaz kəməri layihəsi yenidən Avropa Birliyinin vəsaiti hesabına maliyyələşdiriləcək prioritet layihələri siyahısına qaytarılıb. Lent.az-ın ?Azadlıq? radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Polşanın Aİ işləri üzrə naziri Mikolay Dovgeleviç bildirib. Xatırladaq ki, 2009-cu il martın 17-də Almaniyanın təkidi ?Nabucco? layihəsi AB-nin prioritet vəzifələr siyahısından çıxarılmışdı. Polşanın baş naziri Donald Tusk bildirib ki, ?Nabucco?nun AB-nin prioritet layihələri siyahısına təkrarən daxil edilməsinə Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumətləri nail olub. Daha çox Almaniya hakimiyyəti buna qarşı çıxıb. Almaniya kansleri Angela Merkelin sözlərinə görə, AB-nin ?Nabucco? olmadan da büdcə vəsaitini xərcləyəcəyi yerlər var. Prioritet layihələr siyahısı 2008-ci ilin payızında Avropa Komissiyası tərəfindən təqdim edilib. Sənədə əsasən, ?Nabucco?nun tikilməsinə AB-nin azad büdcə vəsaitindən 200 milyon avro xərclənəcək. Ümumilikdə, AB enerji layihələrinin həyata keçirilməsinə 2009-cu ildə 2 milyard avro və 2010-cu ildə 1,975 milyard avro ayırmağı planlaşdırıb.