Iranın Ali dini rəhbəri: "Tehran dəyiziklik istəyir"
"Obama iranlıları Novruz münasibətilə necə təbrik edə bilər?"
İranın Ali dini rəhbəri Ayətulla Əli Xamenei ABŞ prezidenti Barak Obamanın iki ölkə arasında daha yaxşı münasibətlərə dair çağırışını yalnız "dəyişikliyə çağırış" adlandırsa da, Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşmasının mümkünlüyü məsələsini açıq qoyub.
Ayətulla Əli Xamenei deyib ki, ABŞ-ın İrana yönəlmiş siyasətində real dəyişiklik yoxdur, lakin qeyd edib ki, Vaşinqton dəyişsə, Tehran da davranışını dəyişəcək. Xamenei ABŞ prezidentinin İran xalqını Novruz bayramı münasibətilə təbrik etməsindən bir gün sonra Məşhəddə minlərlə insan qarşısında danışıb.
Dini lider habelə sual edib ki, prezident Obama iranlıları nüvə silahları istehsal etmək səyləri və terrorçuları dəstəkləməkdə ittiham etdiyi halda, onları yeni il bayramı olan Novruz münasibətilə necə təbrik edə bilər? // Amerikanın səsi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50