Azərbaycan Prezidenti İlham Əliyev referendumda göstərdikləri dəstək və həmrəyliyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib. RİA-nın məlumatına görə, bu barədə İlham Əliyev Novruz bayramı münasibəti ilə cümə günü Bakıda təşkil edilmiş şənlikdə ictimaiyyət qarşısında çıxışı zamanı bildirib. Prezidentin fikrincə, referendumda göstərilən dəstək ölkədə aparılan demokratik islahatların davam etdirilməsinə imkan yaradacaq. Xatırladaq ki, martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Azərbaycanda referendum keçirilib. Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifət onu boykot edib. MSK referendumun baş tutduğunu bəyan edib.