Türkiyənin tanınmış müğənniləri İbrahim Tatlısəs və Ebru Gündəş Azərbaycan paytaxtında keçiriləcək toy mərasimində iştirak edəcəklər. APA-nın məlumatına görə, onlar Azərbaycanın tanınmış iş adamının oğlunun paytaxtın məşhur restoranlardan birində martın 21-də baş tutacaq xeyir işinə dəvət olunublar. Toy mərasimində hər müğənninin ayrı-ayrılıqda bir saatlıq çıxışı nəzərdə tutulur.