Son bir ildə qalmaqallarla gündəmə gələn müğənni Əli Mirəliyev insult keçirib. "İstiot"un məlumatına görə, beyninə qan sızması nəticəsində müğənninin sol qolu işləmir, ağzı əyilib və nitqində qüsurlar əmələ gəlib. Bir həftədir səhhətində problem yaranan müğənni ev şəraitində həkimlərin nəzarəti altında müalicə olunur və bir ay müddətində tam sağalacağına ümid edilir.