Hakimliklə bağlı qalmaqalda ?Qarabağ? klubunun direktoru Əmrah Çəlikəlin rolu olduğu haqda mətbuatda mülahizələr yürüdülüb. Məhz hər iki hakimin - Babək Quliyevlə Anar Niyazovun telefon danışığının komanda rəsmisi tərəfindən yazıldığı iddia edilir. Məsələ ilə bağlı Supersport.Az-ın əməkdaşı Əmrah Çəlikəllə əlaqə saxlayıb. Ə.Çəlikəl deyib: ?Əgər hakimlərin işbirliynə getdiyi sübuta yetirilibsə, bu mənim tərəfimdən gizli saxlanıla bilməz. Anar Niyazov və Babək Quliyevlə bu barədə söhbətim olmayıb. Odur ki, belə məsələlərdə mənim adımın hallandırılması doğru deyil. Həqiqətən belə olsaydı, heç nəyi gizlətməzdim, hər şeyi açıqlayardım. Yenə də deyirəm ki, hakimlərlə pul və oyun barəsində heç bir danışıqdan söhbət gedə bilməz.