Bugündən Premyer liqanın 18-ci turuna start verilib. Supersport.Az oyunlardan sizlərə reportaj təqdim edir. 14 mart (şənbə) "İnter" - "Simurq" "Şəfa" stadionu. Saat 15:00 Oyun başladı. Cəhdlərə baxmayaraq, hələ ki, komandaların qol vurmaq arzusu reallaşmayıb. "İnter" fəallaşdı, 23-cü dəqiqədə bu, bəhrəsini verdi. Elvin Məmmədov fərqləndi. İkinci hissəyə fəal başlayan "Simurq" bərabərlik qolunu vurdu. 58-ci dəq. Ramil Sayadov bacarığını göstərdi. 65 dəq. isə "İnter" Veltonun qolu sayəsində hesabda irəli çıxdı. Oyun bitdi. "Xəzər-Lənkəran" - "Olimpik" Lənkəran şəhər stadionu. Saat 16:00 Oyun başladı. "Xəzər-Lənkəran" daha çox hücuma, "Olimpik" isə müdafiəyə diqqət yetirir. İkinci hissə başladı. "Xəzər-Lənkəran" ikinci hissəyə fəal başladı. Mario Souzanın qapıya vurduğu zərbə qapı tirinə dəydi. Mahir Şükürov ("Olimpik")ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq, meydandan qovulur. Oyun bitdi. 15 mart (bazar) "Qarabağ" - "Qəbələ" Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:30 "Bakılı" - "Standard" Zabrat qəsəbə stadionu. Saat 15:00 "Karvan" - "Bakı" Yevlax şəhər stadionu. 15:00 "Neftçi" - "Turan" Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00 MOİK - "Muğan" "Şəfa" stadionu. Saat 15:00 Mənbə: AFFA