Corc Buza ayaqqabı atan jurnalistə üç il iz verildi
Müntəzir əl Zaydi son sözündə özünü təqsirli bilməyib
ABŞ-ın 43-cü prezidenti Corc Buşa ayaqqabı atan jurnalist Müntəzir əl Zaydiyə üç il iş verildi. Məhkəmə onu xarici ölkə rəhbərinə hücumda təqsirləndirib.
Məhkəmədə son sözlə çıxış edən jurnalist özünü təqsirli bilməyib. Əl-Zaydi öz əməlini ?işğala təbii cavab? kimi qyimətləndirib və hökm oxunan zaman ?Yaşasın İraq!? deyə qışqırıb.
Xatırladaq ki, insident 2008-ci il dekabrın 14-də baş vermişdi. Corc Buşun vida turnesi çərçivəsində İraqda keçirdiyi mətbuat konfransı zamanı jurnalist Ağ ev rəhbərinə ayabbılarını atmış və ?köpək, bu sənə İraq xalqının vida öpüşüdür? deyə qışqırmışdı. /ANS PRESS/
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50