Tehran, 10 mart (AzərTAc). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olmuşdur. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və himanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidentinin İrana rəsmi səfərinin əhəmiyyətinə toxunan dövlət başçıları bu səfərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildirdilər. Görüşdə Azərbaycan-İran münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.