ilham Əliyev Almaniyanın ?RWi? energetika zirkətinin prezidentini qəbul edib
Görüşdə ?RWİ? energetika şirkəti ilə Azərbaycanın aidiyyatı qurumları arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ?RWİ? energetika şirkətinin prezidenti, İdarə Heyətinin sədri Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yurgen Qrossman Azərbaycanda nümayəndəliyini yaradan ?RWİ? energetika şirkətinin fəaliyyəti barədə dövlət başçısına məlumat verib və ölkəmizdə xarici şirkətlərin sərbəst və azad fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. Neft-qaz sektorunda Azərbaycanla gələcəkdə əməkdaşlıq etmək marağında olduqlarını deyən qonaq, ölkəmizlə etibarlı tərəfdaş kimi fəaliyyət göstərmək əzmində olduqlarını vurğulayıb.
Prezident Ilham Əliyev, ?RWİ? energetika şirkətinin nümayəndə heyətinin Azərbaycanda görüşlərinin və apardığı danışıqların səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə ?RWİ? energetika şirkəti ilə Azərbaycanın aidiyyatı qurumları arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər barədə fikir mübadiləsi aparılıb. /ANS PRESS/
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51