Dünya iqtisadi böhranı Azərbaycana məxsus Kulevi neft terminalının izinə də təsir edib
Treyder şirkətlərinin vaxtilə baha qiymətə aldıqları malları ucuz qiymətə satmaq istəməməsi yükdaşımaların 2 dəfəyədək azalmasına səbəb olub
Dünya iqtisadi böhranı Gürcüstanın Qara dəniz sahilində yerləşən, Azərbaycana məxsus Kulevi neft terminalının işinə də təsir edib. Terminalın baş direktoru Kərim Quliyevin ANS-ə verdiyi məlumata görə, treyder şirkətlərinin vaxtilə baha qiymətə aldıqları malları ucuz qiymətə satmaq istəməməsi yükdaşımaların 2 dəfəyədək azalmasına səbəb olub: "Yükdaşımalar 2 dəfə azalıb. Hətta olan malların satılması çətindir. Malların qiyməti aşağıdır. Treyderlər sərf etmədiyi üçün gözləmə mövqeyi tuturlar, ucuz qiymətə satmaq istəmirlər. Burada külli miqdarda itkilərdən söhbət gedə bilər. Artıq proseslər kiçik treyderlərə təsir edir. Biz terminal olaraq bunu hiss edirik. Noyabrla müqayisədə yükdaşıma 2 dəfəyədək azalıb. Fevralda 1 balaca artım hiss olunub, 15 faiz artıb?. /ANS TV/
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19