"Neftçi” baş məşqçisi Böyükağa Hacıyev Avstriyadakı təlim-məşq toplanışı
çərçivəsində "Volqa" ilə keçirilən oyunu (0:1) şərh edib.
Təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında yoxlama oyununda nəticənin önəm kəsb etmədiyini bildirib:
"Təlim-məşq
toplanışı çərçivəsində ilk yoxlama oyunumuz idi. Hər iki hissədə fərqli
oyunçulara şans verdik. Fasilədən sonra 9 futbolçunu əvəzlədik ki, bu
da nəticəyə təsirini göstərdi. Bununla belə, yoxlama oyunlarında nəticə
önəm kəsb etmir. Məqsəd futbolçuların hamısına şans verib, onların
hazırlıq səviyyəsini yoxlamaq idi".
Hacıyev bildirib ki,
qarşılaşmada bütün futbolçular səylə özlərini ən yaxşı tərəfdən
göstərməyə çalışıblar: "Bahadır Nəsimovun əsas heyətdə yerini qaytarmaq
istəməsi məni sevindirir. Əminəm ki, yeni gələn hücumçular da Nikolas
Kanalesin yoxluğunu unutduracaq. İnanıram ki, Çempionlar Liqasının
ikinci təsnifat mərhələsindəki ilk oyunumuzadək tam hazır olacağıq".
Xatırladaq
ki, "Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində
Albaniyanın "Skenderbeu” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 17-də,
cavab görüşü ayın 23-də baş tutacaq.
Böyükağa Hacıyev: "Yeni hücumçular..."
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11