UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" klubu turnirdə
ilk oyununa çıxıb. Ağdam təmsilçisi Makedoniyada "Metallurq"un qonağı
olub. Üç il öncə rəqibini ümumi nəticədə 5:2 hesabı ilə keçən Qurban
Qurbanovun komandası bu cütün əsas favoriti hesab olunurdu. Bakı vaxtı
ilə saat 20:45-də başlayan oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb.
Reynaldonun matçın 64-cü dəqiqəsində vurduğu qol yeganə olub - 1:0.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 11-də, Bakıda keçiriləcək.
"Qarabağ" "Metallurq"u məğlub etdi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11