Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə İlhamə Quliyeva ilə Nazpəri
Dostəliyeva arasındakı məhkəmə çəkişməsinə münasibət bildirib. Millət
vəkili "Qafqazinfo”ya bildirib ki, son dövrlər Azərbaycanın tanınmış
sənətçiləri, o cümlədən xalq artistləri arasında bir-birlərinə qarşı
mətbuatda gedən savaş, biədəb şəkildə çəkilmiş fotolarının yayılması və
ən nəhayət məhkəmə çəkişmələri biabırçılıqdan başqa bir şey deyil:
"Xüsusilə son vaxtlar xalq artisti İlhamə Quliyeva tərəfindən digər xalq
artistləri Məleykə Əsədovaya, Nazpəri Dostəliyevaya, Brilliant
Dadaşovaya, Aygün Kazımovaya qarşı "hücum”larının arxasında nə durduğu
başa düşülən deyil.
Bir neçə gün öncə Milli Məclisin deputatı,
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İlhamə Quliyeva haqqında
mətbuata belə bir fikir açıqlamışdı: "...bəzən İlhamə xanım o qədər
darıxır ki, özü özünə ad verir”.
Mən bunu niyə xatırlatdım? Məndə
olan məlumata görə Nazpəri Dostəliyeva İlhamə Quliyeva haqqında
televiziya və mətbuatda aşağıdakı fikirləri bildirib: "İlhamə özünü
"Dünya sülh səfiri”, Cenevrədə "BMT-nin idarə heyətinin üzvü”, "Vətən
mükafatı laureatı”, "Dünya azərbaycanlıları Konqresi mədəniyyət
akademiyasının prezidenti” kimi təqdim edir. Görəsən mövcud olmayan
adları ona kim verib? O özü özünə titullar verir. Bəlkə İlhamə Quliyeva
Mədəniyyət naziridir, Prezident köməkçisidir?”
Əslində Nizami
Cəfərov kimi mən də bilmək istərdim ki, bu adları hansı rəsmi qurumlar
verir? Lakin məndə olan məlumata görə adları çəkilən təşkilatlardan
bəzilərinin rəhbərliyində olan şəxslər – Sabir Rüstəmxanlı, Paşa
Qəlbinur, Samir Adıgözəlli tərəfindən məhkəməyə rəsmi sənəd təqdim
olunmuşdur ki, belə bir titullar və fəxri adlar mövcud deyil.
Çox
təəssüf edirəm ki, Nəsimi rayon Məhkəməsi tərəfindən N.Dostəliyeva
yuxarıda qeyd etdiyimiz fikirlərinə görə İlhamə Quliyevaya mənəvi zərər
vurması adı ilə 50 min manat cərimə edilib.
Mənəvi zərər şəxsin
yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən
məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf,
ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının
müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum
olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə
verir.
Mən hakimdən soruşmaq istərdim, Nazpəri xanımın fikirlərindən sonra bu halların hansı baş verib?
Amma
unutmaq lazım deyil ki, təxminən bir ay bundan öncə ATV kanalının canlı
yayımında İlhamə Quliyevanın Nazpəri Dostəliyeva ilə canlı telefon
bağlantısı zamanı İlhamə xanımın heç bir etik normalara sığmayan və
xüsusilə qadına yaraşmayan "Mən yemirəm, yedizdirirəm...” ifadəsi təkcə
Nazpəri xanıma deyil, bütün Azərbaycan tamaşaçılarına qarşı təhqir idi.
Belə hesab edirəm ki, Nəsimi rayon Məhkəməsinin dünən verdiyi qətnamə ədalətli deyil, ləğv edilməlidir”.#601; edilib.
Millət vəkilindən İlhamə Quliyevaya sərt reaksiya
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47