Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderdə qalib gəlmiş şirkət
və ona zəmanət vermiş bankla məhkəməsində şübhəli hadisələr baş verir.
Mia.az-ın
xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə özəl şirkət
və ona zəmanət məktubu verən Texnikabank” ("Bank Technique") arasında
təqribən 200 min manatlıq vəsait uğrunda mübahisə yaranıb. Belə ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl tenderdə qalib
gələn və nazirliyin sifarişi ilə müəyyən işləri görən "Bakı Terminal
Komp Ltd” MMC və bir neçə ay əvvəl ləğv olunan, daha dəqiqi adı
dəyişdirilən Texnikabank” ASC-ni məhkəməyə verib: «Nazirlik məhkəmədən
adıçəkilən şirkətin təqdim etdiyi və görülən işlərə görə tərtib olunan
Forma-2 və Forma-3 sənəd və arayışlarının etibarsız hesab edilməsi ilə
bərabər, həmin şirkətə və nazirliklə bağlanan müqavilə öhdəliyinə
zəmanət verən "Texnikabank” ASC-dən 201.480 (İki yüz bir dörd yüz
səksən) manat məbləğin tutulmasını tələb edir».
Məlumata görə,
Ekologiya Nazirliyinin bu iddiasına 1 saylı Bakı İnzibati-iqtisadi
Məhkəməsində baxılıb. Bu ilin aprel aynın 4-də isə Bakı Apellyasiya
Məhkəməsində şikayət araşdırılıb və hakim Cahangir Yusifov nazirliyin
xeyrinə qərar çıxarıb. Daha dəqiqi, 1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəmənin çıxardığı qərardad qüvvədə saxlanılıb.
Aldığımız
məlumata görə, əks tərəf bu qərardan Ali Məhkəməyə şikayət vermək istəsə
də, qanunlarımızdakı məhdudiyyətlər buna imkan verməyib: «Qanuna görə,
Ali Məhkəməyə şikayət vermək üçün şikayət verən tərəfin nümayəndəsi
Vəkillər Kollegiyasının üzvü olmalıdır. Bu səbəbdən də şirkət rəhbərliyi
yenidən məhkəməyə üz tutub və dövlət hesabına vəkillə təmin
edilmələrini xahiş ediblər».
Məlumata görə, qəribə də olsa, Bakı
Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov qarşı tərəfin vəkillə
təmin edilmək tələbini rədd edib: "Hakim bu sadə iş üzrə iyunun 13-nə
keçirilən iclasda qərarını elan edib. Lakin qarşı tərəfin bu qanuni
hüququ təmin edilməyib. Yəni hakim şikayəti təmin etməyib».
Xəbərdə iddia olunur ki, Apellyasiya Məhkəməsinin bu qərarından şikayət veriləcək.
Yazıda adları hallanan nazirlik, şirkət və bankın da mövqeyini yaya bilərik.
Ekologiya Nazirliyində 200 minlik qalmaqal Ali Məhkəməyə çıxdı; Hakim şübhəli qərar verdi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19