"Bakcell” MMC daha bir neçə məhkəmə qalmaqalı ilə üzləşib. Bu barədə
mia.az-a daxil olan məlumatda bildirilir ki, sözügedən mobil şirkət bu
dəfə "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə məhkəmə çəkişməsi yaşayır.
Maraqlı burasıdır ki, "Bakcell” MMC Cahangir Hacıyevin prezidenti
olduğu bankla bərabər, "Mobifon” MMC-i də məhkəməyə cəlb eləyib. Amma
adıçəkilən MMC-yə əsas cavabdeh deyil, üçüncü şəxs qismində iddia
qaldırılıb.
Məlumata görə, "Bakcell” MMC –nin "Azərbaycan
Beynəlxalq Bankı” ASC və üçüncü şəxs "Mobifon” MMC-yə qarşı təminat
üzrə pul və faizlərin ödənilməsindən bəhs edən iddiasına 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəmədə baxılsa da, bu məhkəmə instansiyasının
verdiyi qərar mübahisəyə son qoymayıb: «Bu səbəbdən də, 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.
Hazırda bu şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır».
Məlumatda
qeyd olunur ki, "Bakcell” MMC –nin "Azərbaycan Beynəlxalq Bankı” ASC və
"Mobifon” MMC arasındakı apellyasiya şikayətinə Bakı Apellyasiya
Məhkəməsində hakim Elmira Nağıyevanın sədrlik etdiyi hakimlər heyəti
baxır: «Hakim tərəflər arasındakı məhkəmə çəkişməsi üzrə iyunun 25-nə
iclas saatı təyin etmişdir. Lakin həmin günü hakim prosesi təxirə
salıb».
Məhkəmə iyulun 16-da apellyasiya şikayəti üzrə prosesi davam etdirəcək.
Məsələ ilə bağlı tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Tərəflərin mövqeyini də dinləməyə hazırıq.
“Bakcell” Cahangir Hacıyevlə davaya qalxdı
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19