4 iyul 2013-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Qaradağ
rayonunda «Könül 10» Kiçik Müəssisəsi və «Səbuhi Assosiasiyası» MMC-yə
məxsus daş karxanalarında əmək qanunvericiliyinə əməl olunmasına dövlət
nəzarətinin həyata keçirilməsi məqsədilə reyd keçirilib.
Mia.az
xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Dövlət Əmək
Müfəttişliyi Xidmətinin rəis müavini Tale Rəcəbovun rəhbərliyi ilə
aparılan yoxlamada Daxili İşlər Nazirliyi və İqtisadi İnkişaf
Nazirliyinin nümayəndələri də iştirak edib.
Reyd zamanı daş
karxanalarında 30-a yaxın işçi ilə əmək müqaviləsinin bağlanılmadığı,
avadanlıq və qurğuların işinin işçilərin sağlamlığı və həyatı üçün
təhlükə törətdiyi, həmçinin işçilərin əməyin mühafizəsi üzrə norma və
qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri və
xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib. Aşkar olunan pozuntular
nəzərə alınaraq və Əmək Məcəlləsinin 229-cu maddəsi rəhbər tutularaq,
sahibi hüquqi şəxs olan daş karxanasının daş kəsən maşınlarının
fəaliyyəti göstərilən nöqsanlar aradan qaldırılanadək dayandırılıb.
Əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsi barədə Dövlət
Əmək Müfəttişliyi Xidməti tərəfindən protokollar tərtib edilib. Həmin
protokollar əsasında hüquq pozuntularına yol vermiş şəxslər barədə
İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati cərimələrin
tətbiq edilməsi məsələsinə baxılacaq. Qeyd olunan Məcəllənin 53.1-ci
maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək
müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin işlərin
yerinə yetirilməsinə cəlb olunmasına görə vəzifəli şəxslər üç min
manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi
beş min manatadək miqdarda cərimə edilirlər.
Qeyd edək ki, Əmək
Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və
işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və
qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.
Nazirlik qanunvericiliyi pozan karxanalara ağır zərbə vurdu - Rəsmi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19