Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) hakimiyyətin son zamanlar
siyasi repressiyaları gücləndirməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda
deyilir: "Bu ilin əvvəlindən hakimiyyətin siyasi fəaliyyətin
məhdudlaşdırması, siyasi baxışlarına görə insanların təqib edilməsi
istiqamətində başlatdığı siyasət davam etməkdədir. Müsavat Partiyası
başqanının müavini Tofiq Yaqublunun və "Real” Vətəndaş Hərəkatının sədri
İlqar Məmmədovun İsmayıllı hadisələrinə görə ittihamlandırılaraq həbs
olunması, daha sonra "NİDA” Gənclər Hərəkatının üzvlərinin həbsi ilə
davam etdi. Bir müddət əvvəl səsələndirdiyi fikirlərə görə, tanınmış
hüquqşünas Qurban Məmmədov qondarma ittihamlarla azadlıqdan məhrum
edildi. İqtidarın yürütdüyü repressiya siyasəti nəticəsində Tural
Həsənzadə, Daşqın Məlikov, İlqar Rzayev, Hilal Məmmədov, Nigar Yaqublu,
Əvəz Zeynallı, Nemət Pənahlı, Tale Bağırzadə, Abgül Süleymanov, Mövsüm
Səmədov, İlham Əmiraslanov, İlkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Məmməd
Əzizov, Rəşad Həsənov, Şahin Novruzlu, Üzeyir Məmmədli, Zaur Qurbanlı,
Rəşadət Axundov, Nicat Əliyev məhz siyasi baxışlarına görə azadlıqdan
məhrum ediliblər.
Hazırda hakimiyyət yeni repressiya dalğasına
start verib. Hakimiyyət seçki öncəsi təqiblərini davam etdirərək,
Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov haqqında Cinayət
Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi açaraq,
Lənkəran rayon məhkəməsi istintaq orqanının təqdimatına əsasən onun
barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Milli Şura
Y.Sadıqovun şərlənərək həbs olunmasını Müsavat ideyalarını Lənkəran və
ətraf rayonlarda yorulmadan ardıcıl olaraq təbliğ etməsinə cavab olaraq
hakimiyyət tərəfindən həyata keçirildiyini və bu həbsin siyasi
xarakterli olduğunu bildirir. Milli Şura eyni zamanda keçmiş deputat
Hüseyn Abdullayev, keçmiş korpus komandiri İsa Sadıqov barəsində
qaldırılmış cinayət işlərini, Prezident apparatı işlər idarəsinin sabiq
müdiri Akif Muradverdiyevin həbsini hakimiyyətin cəmiyyətdə xof
yaratmaq, toplumda siyasi aktivliyin qarşısının alınmasına cəhd kimi
dəyərləndirir. Milli Şura Azərbaycan hakimiyyətinin siyasi
oponentlərinə və müstəqil mövqedə çıxış edən siyasi-ictima xadimlərə
qarşı yol verilən qanunsuzluqları pisləyir və siyasi motivlərlə həbsə
atılanların dərhal həbsdən azad olunmasını, siyasi təzyiqlərə son
qoyulmasını tələb edir. Milli Şura bəyan edir ki, hakimiyyətin
demokratik qüvvələrin Azərbaycanda azad və ədalətli seçkilər uğrunda
mübarizəsinin qarşısını siyasi repressiyaları gücləndirməklə almaq heç
bir nəticə verməyəcək”.
Milli Şura siyasi məhbuslarla bağlı bəyanat verdi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51