AXCP sədrinin müavini Gözəl Bayramlı və Qadınlar Şurasının üzvü Nüşabə
Atakişiyeva Qəbələdə polis təxribatı ilə üzləşiblər. AXCP Qəbələ
şöbəsinin müşavirəsində iştirak etmək üçün rayona ezam olunan G.Bayramlı
və N.Atakişiyeva hələ iclas başlamamış, yerli fəallarla söhbət edərkən
bir nəfər mülki şəxs onlara yaxınlaşıb və polis rəisinin müavini Ramin
Qədirov olduğunu bildirib. O, cəbhəçilərdən dağılışmağı, G.Bayramlı ilə
N.Atakişiyevadan isə rayonu tərk etməyi istəyib. Elə bu zaman ərazidə
onlarla polis və mülki geyimli, polis maşınları "peyda olub”.
G.Bayramlı
bildirir ki, polis rəisinin mqavini onları dağılışmayacaqları təqdirdə
polislərin zora əl atacağı, cəbhəçilərin həbs ediləcəyi ilə hədələyib.
Bakıdan ezam olunan AXCP nümayəndələri qarşıdurmaya və təxribatının baş
tutmasına imkan verməmək üçün iclası təxirə salıblar. Lakin Qəbələ
polisi bununla da onlardan əl çəkməyib.
G.Bayramlı deyir ki,
onlar rayondan çıxarkən polis rəisinin 1-ci müavini Əfqan Bəkirov,
Cinayət-Axtarış Şöbəsinin müstəntiqi Elçin İsmayılov və daha 2
avtomobildə tanımadıqları mülki geyimlilər onları təqib etməyə
başlayıblar. Yolda Ə.Bəkirovun rəhbərliyi altında 4 nəfər öyrədilmiş
gənc AXCP nümayəndələrinin avtomobilini yumurta atəşinə tutub. Sədr
müavini bildirir ki, əldə etdikləri ilkin məlumata görə, həmin gənclər
YAP-ın yerli təşkilat fəallarıdır.
AXCP nümayəndələri hazırda Bakıya qayıdırlar. Onları rayondan çıxana qədər polis işçiləri və mülki geyimlilər müşaiyət ediblər.
AXCP rəhbərliyini yumurta atəşinə tutdular
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51