"Azərbaycanda bəzi insanların qanunla problemləri var və onlar siyasi
bəhanələrlə xilas olmağa çalışırlar”. Bunu sabiq deputat Hüseyn
Abdullayevin son bəyanatını şərh edən YAP funksioneri Mübariz Qurbanlı
deyib.
"Hüseyn Abdullayev qanunazidd əməllərə yol verib və
qanun qarşısında cavab verməlidir. İndii onu hüquq-mühafizə orqanları
axtarır, axtarışa İnterpol da qoşulub. Hüseyn Abdullayev cinayət
təqibini siyasi məsələ kimi təqdim etməklə cinayətlərini ört-basır
etməyə çalışır. Bu, siyasi məsələ deyil, cinayət işidir. Hüseyn
Abdullayev iqtisadi cinayətlərə, o cümlədən, xüsusilə külli miqdarda
vergidən yayındığına görə axtarılır”, - Mübariz Qurbanlı bildirib.
Hüseyn
Abdullayevin ailə üzvlərinin təqib edilməsi ilə bağlı iddialarına
münasibət bildirən Mübariz Qurbanlı deyib ki, Azərbaycan demokratik
ölkədir və qanun qarşısında hər kəs özü cavab verir.
"Azərbaycan
prezident seçkiləri ərəfəsindədir və müxtəlif adamların, məsələn,
Rüstəm İbrahimbəyovun qanunla problemləri var, amma müxtəlif
təşkilatların arxasında gizlənərək, məsələni siyasiləşdirməyə
çalışırlar. Halbuki, Azərbaycanda siyasi motivlərlə heç təqib yoxdur”, -
Mübariz Qurbanlı qeyd edib.
Mübariz Qurbanlı Hüseyn
Abdullayevin Almaniya hökumətindən siyasi sığınacaq istəmək niyyətinidə
şərh edib və deyib ki, bu, Hüseyn Abdullayevin cinayət işini siyasi
məsələ kimi təqdim etmək cəhdinin isbatıdır. YAP rəsmisinin fikrincə,
Almaniya İnterpol tərəfindən axtarılan şəxsə siyasi sığınacaq verməz:
"Əgər hər ölkə İnterpol-u saymayacaqsa, ondan sual olunur: bu təşkilat
nəyə lazımdır?”. Mübariz Qurbanlı deyib ki, Almaniya İnterpol-un
sorğusunu rədd etsə də, Azərbaycanın digər instansiyalara müraciət etmək
hüququ var(Haqqin.az).
YAP-dan Hüseyn Abdullayevin bəyanatına reaksiya
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51