Separatçı Donetsk respublikasının başçısı Aleksandr Zaxarçenko Donetsk Milli Akademiyasının tələbələri qarşısında çıxış edərkən hərbi cinayət törətdiyini etiraf edib.
Avropa.info xəbər verir ki, o, hücum əməliyyatı zamanı Kojevnya kəndinin öz silahlı banditləri tərəfindən tamamilə məhv edildiyini deyib.
"Bu faktiki olaraq ilk hücum əməliyyatı idi. Təəssüf ki, döyüşlər zamanı biz kəndi tamamilə məhv etdik” – deyə Zaxarçenko bildirib.
O etiraf edib ki, döyüşçülərinin təhlükəsizliyi üçün evləri yandırmağı lazım bilib.
Kojevnya kəndi uğrunda döyüşlər 2014-cü ilin iyulunda baş tutub. Kənd hal-hazırda separatçıların əlindədir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Aleksandr Zaxarçenkonu hakimiyyətdən uzaqlaşdırması ilə bağlı mətbuat da xəbər getmişdi. Kremlin onun yerinə Ukraynanın sabiq baş naziri Niklay Azarovun və Milli Bankın keçmiş sədri Sergey Arbuzovu namizəd göstərdiyi deyilir.