Mia.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, hazırkı situasiyada baş verən bankların ləğvi və birləşməsi prosesi düzgün idarəolunarsa və banklar yenidən strukturlaşdırılarsa bu son nəticədə bankların sağlamlaşmasına gətirib çıxara bilər: "Yox əgər, bu poses oliqarxlar arasında bank kapitalı uğrunda qeyri-sağlam mübarizəyə gətirib çıxaracaqsa, o halda bundan bütövlükdə maliyyə-bank bölməsi ziyan çəkəcək. Odur ki, indiki həsas zamanda bankların bağlanmasına və birləşdirilməsinə dair geniş informasiyalara xüsusilə də səhmdarların və əmanətçilərin asan çıxışı təmin olunmalıdır. Hesab edirəm ki, "parrnik bankları"nın konsolidasiyası və ləğvetməsi, eləcə də özünü müflis elan etməsi prosesləri davamlı olmalıdır. Bank kapitalının təmərküzləşməsindən sonra başlayacaq növbəti mrəhələdə rəqabətli mühiti təmin etmək üçün bu bazara xarici kapitalın sərbəst girişinə olan bütün inzibati və hüquqi baryerlər aradan qaldıırılmalıdır".
"...bundan bütövlükdə maliyyə-bank bölməsi ziyan çəkəcək" - Qubad İbadoğlu
"Bank fəaliyyətinə nəzarəti həyata keçirmək üçün Mərkəzi Bank alternativləri tükənir".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19