Türkiyə-Suriya sərhədində daha bir rus təyyarəsi vurulub.

Bu barədə "Əl-Cəzirə”nin Pakistan müxbiri Əhməd Zeydan məlumat verib.

Məlumata görə, təyyarə Suriyanın İdlib mahalının Babulhava ve Sarmada mahalları arasında vurulub. Həmin ərazi Cilvegözü sərhəd-keçid məntəqəsinin qarşısındadır.

"Əl-Cəzirə”nin müxbiri bildirib ki, Rusiya təyyarəsi Türkiyə ilə sərhəd əraziləri bombaladıqdan sonra vurulub. Ancaq iddialar hələ təsdiqlənməyib(Publika.az).

Mİa.az xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi xəbəri təkzib edib. 

Rusiya mətbuatına açıqlama verən nazirlik rəsmiləri "xəbər cəfəngiyyatdır" deyiblər.