İran Səudiyyə Ərəbistanını Avropa neft bazarından çıxarmaq üçün hərəkətə keçib.

Belə ki, rəsmi Tehran Avropaya ixrac edəcək neftin hər barrelini 6,55 dollar endirimlə satmağa hazırdır.

Hazırda Ər-Riyad Avropaya nefti 4,85 dollar endirimlə satır.

Qeyd edək ki, Qərb ötən həftə İran üzərindən sanksiyaları ləğv edib. Bununla da İranın neft bazarına yolu açılıb(Axar.az).