Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyəni miqrasiya probleminin həllində açar ölkə adlandırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı nazir miqrant axının zəiflədilməsi üçün Türkiyəyə ehtiyac duyduqlarını dilə gətirib: "Türkiyə miqrasiya probleminin həllində açardır. Bu il miqrant axınını zəiflətmək istəyiriksə, Türkiyəyə ehtiyacımız var".
Avropa Birliyi rəsmilərinin açıqlamasına görə 2015-ci ildə Avropaya 1,2 milyon miqrant mühacirət edib.