"Beyləqan rayonunda heç bir aksiya olmayıb".
Bu, Beyləqan Rayon İcra Hakimiyyətindən Mia.az-a daxil olan açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, dünən kütləvi informasiya vasitələrində Beyləqanda aksiya keçirilməsi ilə bağlı yayılan məlumat doğru deyil: "Media orqanları dünən rayon mərkəzində yerləşən kolxoz bazarının qarşısında vətəndaşların yolu bağlayaraq aksiya keçirmələri ilə bağlı məlumat yayıblar. Beyləqan Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, 17 yanvar tarixində rayonda hər hansı bir aksiya keçirilməyib".