ABŞ Maliyyə Nazirliyi İranın raket proqramı ilə əlaqəli olan 11 şirkət və təşkilatına yeni sanksiya tətbiq edib.
Yeni sanksiyada sözügedən proqramla əlaqəsi olan 11 İran təşkilatının ABŞ-ın bank sistemindən istifadəsinə qadağa nəzərdə tutulur.
Qeyd edək ki, yeni sanksiyalar ABŞ Prezidenti Barak Obamanın İrana qarşı tətbiq olunan sanksiyaların ləğvinə dair sərəncam imzalamasından 24 saat sonra qəbul edilib.
Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi sözügedən sanksiyaları daha əvvəl qəbul etməyi nəzərdə tuturdu. Lakin İran və ABŞ arasındakı məhbus mübadiləsi səbəbindən bu sanksiyalar gecikib.
Axar.az