İran prezidenti Həsən Ruhanı ölkəsinə qoyulan sanksiyaların qaldırılması ilə bağlı açıqlama verib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, H.Ruhani sanksiyaların qaldırılması ilə bağlı məlumatı öz twitter hesabından açıqlayıb.

Məlumata görə, Ruhani ölkəsinə qarşı qoyulan sanksiyaların qaldırılmasını "Şanlı bir zəfər” olaraq dəyərləndirib.

İran prezidenti sosial şəbəkədən paylaşdığı mesajda  "Bu nemət üçün Allaha şükr edirəm və səbirli İran millətinin böyüklüyü qarşısında diz çökürəm” sözlərini  qeyd edib.