Millət vəkil Adil Əliyev məmurlarla bağlı "Facebook"da status yazıb. 

Qaynar.info xəbər verir ki, deputat onlara vəzifədən çıxan və həbs olunan generalların aqibətini xatırladıb: 

"Deyirəm, görəsən, bəzi məmurlar nəyə görə gözü çıxmış kolleqalarından ibrət dərsi götürmürlər. Bəlkə elə bilirlər ki, bunlar toxunulmazdılar? Vəzifədən çıxan və tutulan generallar da sizin kimi fikirləşirdilər".