"Ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında mövzu ətrafında dialoq başlamalıdır”.

Mia.az xəbər verir ki, bunu deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Feysbuk-da yazıb. 

O, həm əvvəllər mövcud olan dialoq formatının yenidən canlandırılması, həm də insanlarımızın düşdüyü ağır durumdan çıxış yollarının tapılması üçün faydalı olacağını bildirib:

"Siyasi partiyaların istisnasız olaraq hamısı bu tədbirə dəvət olunmalıdırlar və hər bir siyasi qüvvə öz məsuliyyətini anlayaraq bu müzakirələrə öz töfhəsini verməlidir. Son günlər sosial şəbəkələrdə, mediada siyasətçilərin, müstəqil iqtisadçıların, bir sıra bloqqerlərın maraqlı təklifləri ilə yanaşı, bir sıra məsuliyyətsiz şəxslər tərəfindən avantürist çağırışların da şahidi oluruq. Bütün hallarda Azərbaycandakı vəziyyət ürəkaçan olmasa da, heç bir halda ölkəni qarşıdurma platsdarmına çevirmək olmaz. Tək seçənəyimiz dialoqdur və bütün faydalı görüş, təkliflər ölkə rəhbərliyinə çatdırılmalıdır ki, hərtərəfli müzakirə olunsun. Nəticədə vətəndaşlarımızım  bu böhrandan çıxması üçün doğru qərarlar alınsın”. 

Xatırladaq ki, bir neçə ün əvvəl ADP də eyni istəklə iqtidara müraciət edib. 

Mia.az