Türkiyə Azərbaycan arasındakı viza rejimində hər hansı dəyişikliyin olması gözlənilmir.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən AzNews.az-a daxil olan məlumatda deyilir. Səfirlikdən qeyd olunub ki, mətbuatda Türkiyənin Azərbaycan vətandaşlarına viza tətbiq edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Türkiyə Azərbaycan arasında hazırda həyata keçirilən viza rejimində hər hansı bir dəyişikliyin olması gözlənilmir. 2007-ci ildən bəri olduğu kimi Azərbaycan vətəndaşları ölkəmizə 30 günlük turistik səfəri vizasız edə biləcəklər”.
Qeyd edək ki, dünən Türkiyənin Azərbaycan daxil olmaqla 89 ölkəyə 2016-сi ilin iyunundan viza tətbiq edəcəyi haqda məlumatlar yayılıb.
Türkiyə səfirliyindən viza məsələsinə - Reaksiya
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51