"Rabitabank"ın İdarə Heyətinin sədr müavini Fərhad Hacınski vəzifəsini tərk edib.
Mia.az xəbər verir ki, bu haqda Trend məlumat yayıb. Xəbərdə bildirilir ki, hazırda "Rabitabank"ın İdarə Heyətinə sədr Elçin Qədimov və müavini Eldar Ağayev daxildir.
Bundan öncə isə İdarə Heyətini Turan İsmayılov da tərk etmişdi.
Xatırladaq ki, Rabitabank 1993-cü ildə fəaliyyətə başlayıb.