Bəhreyn İranla diplomatik münasibətləri dayandırıb.

Bu barədə informasiyanı BNA agentliyi yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimr daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.

Bəhreyn hakimiyyəti İranı ölkədə dövlət çevrilişi etməkdə günahlandırır(Axar.az).