Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yaxın Şərqdə məzhəb ayrı-seçkiliyi yaratdığını açıqlayıb.
 
Axar.az xəbər verir ki, Ərdoğan nüvə problem zamanı Tehranı müdafiə etdiklərini xatırladaraq indi bunun qarşılığını görmədiklərini etiraf edib:
 
"Nüvə enerjisi məsələsində dünyada yalnız qaldıqları zaman Türkiyə olaraq nələr etdiyimizi hər kəs bilir. Braziliya ilə bərabər bu layihəyə sahibləndilər. Mahmud Əhmədinejada da demişdim. O dövrdə İranın yanında yer alaraq təkliyini aradan qaldırdıq. Daha sonra nə oldu? Nüvə problemi ilə bağlı Qərb ilə danışıqlara getdilər, müəyyən bir nöqtəyə gəldilər. Hal-hazırda İranın, İraqda, Suriyada, Yəməndə məzhəbçi yanaşmasını doğru qəbul etmirik. İranlılara həmişə demişəm: Nə sünni, nə də şiə. İslam və İslam. Hadisəyə belə baxmaq lazımdır. Biz, məzhəb savaşında olmaq istəmirik”.