Rusiya İrana S-300 zenit-raket komplekslərinin göndərilməsinə başlayıb.
Lenta.ru-nun verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.
O, qeyd edib ki, hava hücumundan müdafiə sistemlərinin İrana göndərilməsi ilə bağlı saziş Moskva ilə Tehran arasında gələcəkdə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır.